Tarix : 2016 Aug 19
Kod 50068

Türkiyənin iki səfiri saxlanılıb

Türkiyənin Kanada və Kosta-Rikadakı keçmiş səfirləri saxlanılıb.
Arannews- Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhli bilinən Türkiyənin Kosta-Rikadakı keçmiş səfiri Alı Fındık da saxlanılıb. 
A.Fındık Ankarada məhkəməyə çıxarılacaq.
A.Fındık 2015-ci il dekabrın 11-dən Türkiyənin Xarici İşlər Nazirliyində fəaliyyət göstərirmiş. Nazirlikdə bir müddət işlədikdən sonra tutduğu vəzifədən azad edilib.
Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində ilk dəfə bir səfir tutulub. 
Tuncay Babalı dünən Ankara prokurorluğunun təlimatı əsasında paytaxt polisi tərəfindən saxlanılıb.   
Xəbərdə bildirilib ki, diplomat FETÖ-nun təlimatları çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinə məmur işə götürülməsi və onların vəzifələrə təyin edilməsində təqsirləndirilir. 
Qeyd edək ki, T.Babalı dövlət çevrilişi cəhdindən sonra səfir Gürcan Balıkla birlikdə Türkiyə XİN-dəki vəzifələrindən uzaqlaşdırılmışdı. O, sabiq prezident Əhməd Necdət Sezərin xüsusi katibinin müavini işləyib. Eyni zamanda, T.Babalı Türkiyənin Kanadadakı səfiri olub.


  • Yazılıb
  • da (də) 2016 Aug 19
  • Göndərən مدير سايت Aran News