Tarix : 2016 Aug 20
Kod 50072

İran Və Türkiyə XİN Rəhbərləri Görüşüblər

Zərif və Çavuşoğlu region prosesləri və ikitərəfli əlaqələr barəsində fikir mübadiləsi aparıblar.
Arannews- İranın Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: İran və Türkiyə xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu Tehranda 5 saat müddətinə region prosesləri və ikitərəfli əlaqələr barəsində fikir mübadiləsi aparıblar.
Bəhram Qasimi deyib: Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İran xarici işlər naziri Məhəməd Cavad Zərifin ötən həftə Ankaraya səfərində iki ölkə arasında əldə olunan anlaşmalar və məsləhətləşmələri davam etdirmək məqsədilə Tehrana qısamüddətli səfərə gəlib və İran xarici işlər naziri ilə region prosesləri və ikitərəfli əlaqələr barəsində danışıqlar aparıb.
Bəhram Qasimi əlavə edib: Ötən həftə cənab Zərifin Ankaraya səfərində və onun Türkiyə prezidenti və bu ölkə rəsmiləri ilə bir neçə saatlıq müzakirələrində razılıq əldə olundu ki, iki ölkə davamlı şəkildə istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə müxtəlif rəsmilər səviyyəsində sıx müzakirələr aparsın.
Qasimi deyib: Bu istiqamətdə yaxın gələcəkdə iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında müxtəlif səviyyələrdə sıx görüşlər keçirmələri qərara alınıb.


  • Yazılıb
  • da (də) 2016 Aug 20
  • Göndərən مدير سايت Aran News