Tarix : 2016 Aug 20
Kod 50073

İran Türkiyəyə qaz ixracının həcmini artıra bilər

İran Türkiyəyə qaz ixracının həcminə 6 milyon kub metr əlavə edərək, onu 36 milyon kubmetrə çatdıra bilər.
Arannews- İranın Milli Qaz Şirkətinin müdiri deyib: İran İslam Respublikası mövcud infrastrukturlar ilə Türkiyəyə qaz ixracının həcmini 6 milyon kubmetrə qədər artıra bilər.
Həmidrza İraqi deyib: İmzalanmış müqaviləyə əsasən İran gündəlik olaraq Türkiyəyə 30 milyon kubmetr qaz ixrac edir. Və İran bu həcmə daha 6 milyon kub metr əlavə edərək, onu 36 milyon kubmetrə çatdıra bilər. 
İranın Milli Qaz Şirkətinin müdiri əlavə edib: Əgər İran və Türkiyə arasında ixrac edilən qazın həcminin artırılması ilə bağlı uzun müddətli müqavilə imzalanarsa, yeni infrastrukturlar yaradıla bilər. 
İraqi həmçinin deyib: İran cari ilin aprel ayından avqust ayına kimi 2 milyard 93 milyon kubmetr qaz ixrac edib. Halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 2 milyard 51 milyon kubmetr olmuşdu.


  • Yazılıb
  • da (də) 2016 Aug 20
  • Göndərən مدير سايت Aran News