“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin hara və nə üçün aparıldığı haqda məlumat yoxdur.
Arannews- “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli saxlanılıb. Maliyyə direktorunun mülkü geyimli şəxslər tərəfindən tutulduğu deyilir. Onun hara və nə üçün aparıldığı haqda məlumat yoxdur.
Faiq Əmirli saxlanılandan sonra onun yaşadığı evində axtarış aparılıb. Axtarışın Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən keçirildiyi bildirilir.