Tarix : 2016 Aug 20
Kod 50077

İranın anti-çevriliş yanaşmasını tamamlayan səfər-Zərifin Ankarada ümumi diplomatiyası

Zərifin Ankaraya bir günlük səfərində beynəlxalq güclərin və regional oyunçuların izlədiyi İranofobiya danışıqları əngəlləndi.
AranNews - Türkiyədə baş verən uğursiz hərbi çevriliş İran İslam Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu. Çünki bu  hadisə Türkiyənin dost və düşmənlərini göstərdi. İran İslam Respublikası hadisənin ilk dəqiqələrində nəticəni nəzərə almadan çevrilişi məhkum edən və çevriliş qarşısında xalqın iradəsini alqışlayan ilk ölkə idi. Baxmayaraq ki, İranın Türkiyə xalqını və qanuni dövlətini dəstəkləməsi Türkiyə və beynəlxalq KİV-də senzura olundu. Lakin ölkəmizin xarici işlər naziri doktor Zərifin Ankaraya bir günlük səfəri, onun yüksək səviyyəli rəsmilərlə, o cümlədən Rəcəb Təyyib Ərdoğanla bir neçə saatlıq görüşü, Ankarada təşkil olunan cümə namazında iştirakı, regional balans sahəsində geniş və konstruktiv müzakirələrdən əlavə İran xalqının qərb qonşularına qarşı fəzilət və sədaqət prinsiplərini, İran xalqının və dövlətinin Türkiyə xalqı və dövləti ilə sıx münasibətini göstərdi, beynəlxalq güclərin və regional oyunçuların izlədiyi İranofobiya danışıqları əngəlləndi.
Diqqəti çəkən məsələ bu oldu ki, Türkiyənin prezidenti Ərdoğan cümə namazında tribunaya çıxaraq iranlı dostunun namazda iştirak etdiyini namazqılanlara xəbər verdi. İştirakçılar bu xəbəri eşitdikdə “Allahu Əkbər” şüarları səsləndirdilər. İranın xarici işlər nazirinin Ankaranın cümə namazında iştirakına camaatın ürəkdən gələn dini şüarlar səsləndirməsi göstərdi ki, Türkiyənin adi camaatı xalqların müstəqilliyinin təmin etməkdə və İslam ümmətinin düşmənləri ilə mübarizə aparmaqda din və məscidlərin rolunu yaxşı başa düşürlər. Bu elə bir həqiqətdir ki, dünya mətbuatı, hətta Türkiyə mətbuatı ona sayğısız yanaşır. 

Türkiyədə İranofobiya, 15 iyul çevrilişi və xarici işlər nazirinin səfəri
1. Son illərdə qərbin təbliğat agentlikləri və ona tabe olaraq Türkiyənin bir sıra KİV-i sistemli mexanizmlə Tehranı Ankaranın düşməni kimi qələmə verirdilər, Türkiyə xalqının diqqətini qərb və məntəqənin təxribatçı ünsürlərindən qorunmaq əvəzinə İrandan ehtiyatlı olmaq səmtinə yönəldirdilər. Onlar hətta cəhd edirdilər ki, Türkiyədə ümumi fikri İŞİD və təkfirçi qrupların cinayətlərinin yerinə məntəqədə problemin kökünün İranın bu qruplarla ərazi ambisiyalarında, əhli-sünnənin hüquqlarını pozması kimi tarixi rəftarında olması kimi tanıtsınlar.
2. Bu arada 15 iyul uğursuz çevrilişi dönüş nöqtəsidir. Avropa, Asiya ölkələri və ABŞ çevriliş baş verən gecə siyasi sabitliyi dəstəkləmək, Türkiyədə demokratiyanı dəstəkləmək kimi neytral fikirlər səsləndirməklə yanaşı çevrilişin hansı nəticə verəcəyini gözlədilər. Çevrilişin uğursuzluğunu gördükdə onu məhkum edən ifadələr işlətdilər. Qüdsü işğal edən rejimin xarici işlər naziri “Türkiyədə demokratiyaya hörmət” cümləsi ilə kifayətləndi, ərəb şeyxləri “böyük güclər necə istəyirsə elə olacaq” gümanı ilə saatlarla hadisənin nəticəsini gözlədilər.
3. Bu arada İran İslam Respublikasının mövqei çox diqqətiçəkən idi. İranın xarici işlər naziri ilk dəqiqələrdə çevrilişin nəticəsini nəzərə almadan rəsmi surətdə çevrilişi məhkum etdi, xalqı çevriliş edənlərlə mübarizə etməyə təşviq etdi. Bu mövqe dəfələrlə türkiyəli həmkarı tərəfindən alqışlandı. Həmçinin cənab doktor Zərif çevriliş baş verən gecə bir neçə dəfə öz türkiyəli həmkarı ilə telefon bağlantısı yaratdı, İran dövlətinin və xalqının dəstəyini elan etdi. Ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi də qəti və açıq-aydın mövqeini bildirdi.
4. Çox təəssüflər olsun ki, Tehranın belə bir qəti dəstəyi müəyyən qədər baykot olundu. Belə ki, adi əhali, hətta elita bizim mövqeimizdən elə də xəbərdar olmadı. Ölkəmizin xarici işlər nazirinin Ankaraya səfəri, prezident, baş nazir və xarici işlər naziri ilə görüşü, Türkiyənin bombalanmış parlament binasını ziyarət etməsi, prezident, baş nazir və xarici işlər naziri ilə birgə cümə namazında iştirak etməsi, iki ölkənin dostluğunu və münasibətlərinin dərinliyini hamıya göstərdi və bir daha sübut etdi ki, regional mövqelərin fərqliliyi heç zaman Tehranın dostluq yolundan dönməsinə səbəb ola bilməz.

Nəticə
1. Türkiyənin qanuni dövlətini dəstəkləmək İran İslam Respublikasının dəyişməz prinsipi və müdrik qərarvermə mexanizmi əsasında baş tutur. İranın islami sistemi dörd onillik müddətində sözügedən prinsipə sadiq qalmışdır. İran İslam Respublikası həmişə xalqların və qanuni dövlətlərin yanında olmuşdur, hər bir xarici müdaxiləni, transregional güclərin öz iradəsini yeritmək istəyini rədd etmişdir. Bizim Suriya və İraqda da siyasət və rəftarımız eynilə bu prinsip üzərindədir. 
2. İndi də iki ölkənin dərdlərinin çarəsi, regional böhranların həlli, hər iki tərəfin milli müstəqilliyinin təmini bir-birləri ilə əməkdaşlığa bağlıdır. İki ölkə arasında münasibətlərin genişlənməsi üçün heç bir problem yoxdur. Hər iki ölkənin diplomatlarının bəsirət və himmət göstərməsi bu iş üçün kifayətdir.
Nemətullah Müzəffərpur
Qaynaq: Diplomasiyi İrani


  • Yazılıb
  • da (də) 2016 Aug 20
  • Göndərən مدير سايت Aran News