Tarix : 2016 Aug 21
Kod 50081

hərbi ekspert: "Ermənistan beynəlxalq hüquq normalarına hörmətlə yanaşmır"

Üzeyir Cəfərov: "Hazırda Dağlıq Qarabağda gərginlik var və bundan sonra da o gərginlik bir qədər də artacaq".
Arannews- Ermənistanın təxribatları hələ də davam edir.
Bunu Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov bildirib.
“Son vaxtlar atəşkəsin nəzərə çarpacaq qədər azaldığını deməzdim. Ermənistanın təxribatları hələ də davam edir. Amma əvvəlki vaxtlarla müqayisədə say etibarilə atəşkəsin pozulması hallarının bir qədər sayı azalıb. Amma bu, o demək deyil ki, atəşkəsə riayət edilib. Bu müddət ərzində hər iki tərəfdən yaralananlar da, həyatını itirənlər də olub. Ermənistan heç bir halda beynəlxalq hüquq normalarına hörmətlə yanaşmır”, - Ü.Cəfərov deyib.
Hərbi ekspertin sözlərinə görə, biz özümüzü aldatmamalıyıq ki, guya, ermənilər ərazimizi qaytarmağa çalışırlar: “Ötən həftə qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri general-leytenant belə bir fikir səsləndirdi ki, biz öz işimizi görürük, ərazilərimizdə gücləndirmə işləri aparılır. Bu o, deməkdir ki, onlar yenə də öz işğalçılıq siyasətlərini davam etdirmək istəyirlər. Hələ bu azmış kimi Ermənistanın xarici işlər nazirinin müavini də belə bir bəyanatla çıxış etdi ki, "biz Azərbaycandan kompromis addım gözləyirik". Kompromis addım da onlar aprelin əvvələrində itirdikləri Azərbaycanın ərazilərini qaytarılması tələbini qoyurlar. Azərbaycan beynəlxalq hüquq normalarından öz ərazilərinin bərpasını tələb edir, amma bunlar isə burda aprelin əvvəllərindəki ərazilərin qaytarılması xülyası ilə yaşayırlar. Hazırda Dağlıq Qarabağda gərginlik var və bundan sonra da o gərginlik bir qədər də artacaq."


  • Yazılıb
  • da (də) 2016 Aug 21
  • Göndərən مدير سايت Aran News