Arannews- Türkiyənin Qaziantep şəhərində dəhşətli terror aktı törədilib.Qaziantepdə baş vermiş partlayış nəticəsində 50 nəfər ölüb, 94-ü yaralanıb.
Məlumata görə, üzərinə bomba bağlamış şəxs əhalinin sıx olduğu yerdə özünü partladıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.