Tarix : 2016 Aug 22
Kod 50085

Fətullah Gülənə 1900 illik həbs cəzası

F.Gülən şiddətə əl ataraq Türkiyə Respublikasının Konstitusiya nizamını dəyişdirməyə təşəbbüsdə, silahlı terror təşkilatı qurmaq və idarə etməkdə, zorakı yolla Türkiyə Respublikası hökumətini devirməyə təşəbbüsdə, terrorizmin maliyyələşdirilməsində ittiham edilir.
Arannews- Uşak prokurorluğunun FETÖ ilə əlaqədar apardığı istintaqı daxilində hazırlanan iddianamədə təşkilatın lideri Gülənin 2 dəfə ömürlük və 1900 illik həbs cəzasına məhkum edilməsi tələb edilir.
İddianamədə Fətullah Gülən əsas şübhəli qismində yer alıb.
İddianamədə F.Gülən şiddətə əl ataraq Türkiyə Respublikasının Konstitusiya nizamını dəyişdirməyə təşəbbüsdə, silahlı terror təşkilatı qurmaq və idarə etməkdə, zorakı yolla Türkiyə Respublikası hökumətini devirməyə təşəbbüsdə, terrorizmin maliyyələşdirilməsində ittiham edilir.

  • Yazılıb
  • da (də) 2016 Aug 22
  • Göndərən مدير سايت Aran News