İranın xarici işlər nazirinin nümayəndəsi: "İran, Azərbaycan və Rusiya prezidentlərinin görüşü əməkdaşlığın uğurlu modelidir"
Arannews- Bu yaxınlarda Bakıda İran, Azərbaycan və Rusiya prezidentləri arasında keçirilmiş üçtərəfli görüş digər ölkələr üçün uğurlu əməkdaşlıq modeli qismində qəbul edilə bilər.
bunu İranın xarici işlər nazirinin nümayəndəsi Bəhram gassemi mətbuat konfransında deyib.
O, həmin görüşü regional təhlükəsizliyin möhkəmləndirilməsi üzrə mühüm addım adlandırıb: "Biz region ölkələri ilə əlaqələrimizin inkişafında maraqlıyıq və gələcəkdə daha sıx təmasların qurulmasına çalışacağıq. Avqustun 8-də Bakıda baş tutmuş prezidentlərin üçtərəfli görüşü bunun nümunələrindən biridir".