"Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Almatı vilayətində silsilə terror aktları planlaşdıran radikal qrup üzvlərinin yaxalanması üçün xüsusi əməliyyat keçirib"
Arannews- Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları ölkə ərazisində silsilə terror aktları planlaşdıran radikal qrupun dörd üzvünü saxlayıb.bu barədə MTK-nın mətbuat xidməti məlumat yayıb.
"Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Almatı vilayətində silsilə terror aktları planlaşdıran radikal qrup üzvlərinin yaxalanması üçün xüsusi əməliyyat keçirib", - deyə məlumatda deyilir.
Məlumata görə, aralarında Qırğızıstan vətəndaşları da olan qrup üzvlərindən əldəqayırma partlayıcı qurğu hazırlamaq üçün xüsusi avadanlıqlar götürülüb.