Arannews- "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri hazırda gündəlikdədir". bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib.
Onun sözlərinə görə, səfərin tarixi hələlik müəyyənləşdirilməyib. B.Qasimi deyib ki, hazırda İranla Türkiyə arasında Suriya böhranı üzrə müzakirələr aparılır. Türkiyə-İran-Suriya üçlüyünün yaranması məsəsləsinə münasibət bildirən XİN sözçüsü vurğulayıb ki, Suriya böhranı ciddi məsələlərdəndir".