Tarix : 2016 Aug 23
Kod 50096

Rusiya SSRİ-nin ərazilərini bərpa edəcək

LDB sədri: "Rusiya tamam başqa formada köhnə SSRİ-nin ərazilərini bərpa edəcək"
Arannews- Biz SSRİ-ni bərpa edəcəyik.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.  
Onun sözlərinə görə, Rusiya tamam başqa formada köhnə SSRİ-nin ərazilərini bərpa edəcək:  “Bu, bizim xatırladığımız sovet modeli olmayacaq. Bu, kommunistlərsiz yaranacaq demokratik dövlət olacaq. SSRİ-nin yaranışı üçün yeni vasitə Gömrük İttifaqı ola bilər. Hazırda bura 5 ölkə daxildir. Əgər keçmiş sovet ölkələrindən daha 10-u buraya qoşulsa, daha güclü SSRİ yaranacaq”.


  • Yazılıb
  • da (də) 2016 Aug 23
  • Göndərən مدير سايت Aran News