LDB sədri: "Rusiya tamam başqa formada köhnə SSRİ-nin ərazilərini bərpa edəcək"
Arannews- Biz SSRİ-ni bərpa edəcəyik.Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
Onun sözlərinə görə, Rusiya tamam başqa formada köhnə SSRİ-nin ərazilərini bərpa edəcək: “Bu, bizim xatırladığımız sovet modeli olmayacaq. Bu, kommunistlərsiz yaranacaq demokratik dövlət olacaq. SSRİ-nin yaranışı üçün yeni vasitə Gömrük İttifaqı ola bilər. Hazırda bura 5 ölkə daxildir. Əgər keçmiş sovet ölkələrindən daha 10-u buraya qoşulsa, daha güclü SSRİ yaranacaq”.