Əhalinin bəyənmədiyi SSRİ dönəmində məktəbdə şagirdə lazım olan əksər vəsaitlər pulsuz verilirdi. Amma bu gün Azərbaycanda insanları bahalı paltarlarla, dərsliklərlə üz-üzə qoymaq, onlar bilərəkdən təhsildən məhrum etmək deməkdir.
Arannews- Bu gün məktəb mövsümü yaxınlaşdıqca əhalini məktəb üçün lazım olan ləvazimatları necə alacağı düşündürür. Belə ki, qiymətlərin kifayət qədər baha olması əhalini çıxılmaz duruma salıb. Bəziləri uşaqlarını məktəbə yola sala biləcəyini belə sual altına alır. Çünki, adi dəftər kitab, forma və s. almaq üçün orta aylıq əmək haqqından artıq pul tələb edilir.Vəkil Aslan İsmayılov fikirlərini bölüşərkən deyib ki, Azərbaycanda insanlar bilərəkdən təhsildən məhrum edilir: “Əhalinin bəyənmədiyi SSRİ dönəmində məktəbdə şagirdə lazım olan əksər vəsaitlər pulsuz verilirdi. Amma bu gün Azərbaycanda insanları bahalı paltarlarla, dərsliklərlə üz-üzə qoymaq, onlar bilərəkdən təhsildən məhrum etmək deməkdir. Əslində hökumət bu durumu nəzərə alıb müəyyən sistemli sosial layihələr həyata keçirtməyə borcludur. Bu gün isə əsas məsələ budur ki, hökumət bu cür addımları atmaq istəyirmi? Əhalisini savadlı, bilikli görmək istəyən hakimiyyət əlbəttə ki, bu addımları atardı. Amma məncə bu hakimiyyət əhalisini savadlı görmək istəmir. Bu baxımdan da bu cür addımlar atmayacaq. Əhalisini savadlı görmək istəyən hökumət bu gün Təhsil Nazirliyində baş verənlərə susmazdı”.