Tarix : 2016 Aug 24
Kod 50099

İlham Əliyev: "Qanla əldən gedən torpaqlar, qanla geri alınmalıdır"

AİP sədr əvəzi: "biz öz cavanlarımızı vətən uğrunda canından və qanından keçmək ruhiyyəsində böyütməliyik"
Arannews- Azərbaycan İslam Partiyasının (AİP) üzvləri Cəbrayıl və Füzuli rayonlarının işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər 
onlar şəhidlərin məzarlarını ziyarət edib, "Əbədi məşəl” abidəsinin önündə toplaşıblar. Partiyanın sədr əvəzi Hacı İlham Əliyev çıxış edərək bildirib ki, bu günlər Azərbaycan tarixinn ən ağrılı acılı günləri olmaqla yanaşı, çox mühüm və əhəmiyyətli bir gündür. Şəhidlərin məqamlarının islamda əvəzedilməz və uca olduğunu söyləyən Hacı İlham Əliyev, “şəhidlərin qanı heç vaxt solmur və bütün rənglər dəyişsə də şəhid qanının rəngi heç zaman dəyişmir. Məhz şəhidlərimizin də əziz xatirəsi öz növbəsində o cür ruhiyyəyə və imana sahib vətənpərvər insanların sayəsində yaşadılır”, - deyə bildirdi:
 “Şəhidlərimiz boyunlarında olan müqəddəs vəzifələrini yerinə yetirərək vətən və dəyərlərimiz uğrunda öz canlarını fəda etdilər. Bizim isə bunların müqabilində vəzifəmiz torpaqlarımızın işğal altında qaldığı 20 il ərzində ərsəyə gəlmiş yeni nəsili maarifləndirmək və şəhidlərimizi, onların uğrunda fəda olduqları dəyərləri çatdırmaqdır. Gənclərimizin qəlbində vətənə və şəhadətə olan sevginin aşılanması üçün əlimizdən gələni etməliyik. Dünyanın heç bir yerində görsənməyib ki, qan tökülərək işğal edilən torpaqlar, sülh yolu ilə geri qaytarılsın. Qanla əldən gedən torpaqlar, mütləqdir ki, qanla geri alınmalıdır. Buna görə də biz öz cavanlarımızı vətən uğrunda canından və qanından keçmək ruhiyyəsində böyütməliyik. İnsanlar o ruhiyyə ilə yaşamalıdırlar ki, lazımı məqamda vətən uğrunda canından keçməyi bacarsınlar.”

  • Yazılıb
  • da (də) 2016 Aug 24
  • Göndərən مدير سايت Aran News