Tarix : 2016 Aug 24
Kod 50105

Naxçıvanda saxlanılan Erməni ölkəsinə qaytarıldı

Naxçıvanda saxlanılmış Ermənistan vətəndaşı qarşı tərəfə qaytarılıb.
Arannews- Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı qarşı tərəfə qaytarılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verir ki, avqustun 7-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqust 2016-cı il tarixdə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.


  • Yazılıb
  • da (də) 2016 Aug 24
  • Göndərən مدير سايت Aran News