Arannews- Türkiyə Rusiyanın vurulmuş təyyarəsinə görə Moskvaya 5 milyard dollar həcmində kompensasiya ödəyəcək.
bunu Türkiyənin eks-prezidenti Abdulla Gülün eks-müşaviri Əhməd Takan bildirib. Onun sözlərinə görə, hazırda Ankaradakı siyasi kulislərdə bu məsələ müzakirə edilir.
Qeyd edək ki, bundan öncə Türkiyə öz sərhədlərini pozduğuna görə, Rusiyanın Su-24 təyyarəsini vurub. Bu, iki ölkə arasında vəziyyəti gərginləşdirib. Bu ayın əvvəlində Ərdoğanın Sankt-Peterburqa səfər edərək Putinlə görüşməsi iki ölkə arasında münasibətlərin normal məcraya qayıtmasına səbəb olub.