Xəbər Lenti

Həbsdə olan inanclı insanların problemləri müzakirə edildi - FOTO

Paşinyanın rəqibi bəlli oldu – Sərkisyanın partiyası namizədini açıqladı

Azərbaycan və İran tibb universitetləri arasında əməkdaşlıq yolları müzakirə edilib

Prokuror Aslan İsmayılova iki il islah işləri və pul cəzası istədi

Seyid Həsən Nəsrullah: “Kaşıkçının ölümündən şok olan dünya, Yəmənə biganədir

“Həşdi-Şaabi”: İraq-Suriya sərhədlərində bütün gücümüzlə varıq

Yəməndə son 48 saata 180 səudiyyəli əsgər məhv edilib

Azərbaycan-R XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Respublikasından olan vətənpərvər bir gənc Gürcüstanda həbs olunub

İstanbulda Yəmənə görə Səudiyyəyə qarşı etiraz aksiyası keçirilib (FOTO

Nardaran məhbusunun atası: “Heç əsirlikdə olanla belə davranmırlar” Featured

Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

İsrail 8 yaşlı fələstinli uşağı həbs etdi

Hikmət Hacıyev: Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması

Səud qəbiləsi və sionist rejimi arasında gizli hərbi əməkdaşlıq

Yəmənin müdafiə naziri: Təcavüzkarlar qərb sahilində məğlubiyyətə uğrayıblar

Mirtağı Əsədov Azərbaycanda saxlanıb

Ərdoğan: "Ər-Riyad Camal Qaşıqçının qatilinin adını bilir"

Bakı beynəlxalq qətnamələrin pozulmasının təsirləri barədə xəbərdarlıq edib

Azərbaycanlı vətənpərvər gənc Facebook da yazdığı statusa görə həbs edildi

Gürcüstan Müsəlmanları İdarəsi son 5 ilin hesabatını təqdim etdi

ABŞ generalı Əfqanıstandakı Azərbaycan sülhməramlıları barədə danışıb

İnanclı məhbus Xalid Kazımov: Aclıq aksiyasına başlayacam

İctimai fəallar Britaniyanın Ərəbistana silah satışını dayandırmasını istəyirlər

Yəmən ordusu Ərəbistan muzdlularının mövqeyinə raket zərbəsi endirib

Nazir: Müasir İpək yolunun bərpasında Azərbaycan, Türkiyə və Türkmənistanın üzərinə böyük məsuliyyət düşür

İŞİD və YPG Deyr əz-Zorda toqquşdu

Azərbaycan-R XİN Norveçin Bakıdakı səfirliyini bağlamasına münasibət bildirib

Jurnalist İlkin Məmmədli sərbəst buraxılıb

Məhkəmə Zamirə Hacıyeva haqqında qərar verdi

ABŞ-da barda atışma nəticəsində 12 nəfər ölüb, İranda isə bar olmadığı üçün

ABŞ-ın İran sanksiyaları: İsrail razı, Qərb narazı – Təhlil

Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib – FOTO

Norveç Bakıdakı səfirliyini bağlayır

Ölkədə bir gündə 99 cinayət qeydə alınıb

Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq

Həbsdəki jurnalistə yazılan məktublar verilməyib

İran səfiri: Əcnəbilər Tehran-Bakı əlaqələrinə zərbə vura bilməzlər

Köhnəlmiş neft emalı zavodu Bakını zəhərləyir

Arxiv
 
Tarix : 2016 avq 25     |     Kod : 50108

Ailə qurmaq həyatın mühüm və zəruri məsələlərindəndir

Valideynlər gərək cavanları evləndirməyi yersiz gecikdirməsinlər və onları bu işdə çətinə salmasınlar

Tənhalıq, kimsəsizlik hissi, hisslərin ən əzablısıdır., kişi və qadın evlənməmişdən qabaq bu cansıxıcı hisslərdən əzab-əziyyət çəkirlər. Amma böyük və mütəal Allah onların vücudunda bir-birinə qarşı elə bir cazıbə yaratmışdır ki, bu cazibənin nəticəsində bir yerdə olsunlar və o yorucu, cansıxıcı, yandırıcı əzablardan xilas olub sakit, sağlam halda, asudə və aram bir mühitdə birlikdə, bir-birinin kənarında səfa və səmimiyyətlə yaşayıb, bir-birinə fiziki və mənəvi cəhətdən kömək edərək, bir-birini tamamlasınlar. Övlad dünyaya gətirib onun gülüb-ağlamasına, yıxılıb-qalxmasına, oturub-durmasına, gediş-gəlişinə tamaşa etsinlər. Allah-Taalanın insanları heyrətə salan qüdrətini bir insanın – o insanın ki, onların vücudunun səmərəsidir - yaranmasında hiss etsinlər və məhəbbətin həqiqi mənasını tapsınlar, bir-birinə, övladlarına bəslədikləri şövq və məhəbbətlə həyatı davam etdirmək üçün çalışsınlar və həyatın böyük hədəfinə doğru - mütləq kamala çatmaq, Allaha yaxın olmaq və İlahi nura qovuşub əbədiləşmək üşün - sürət və həvəslə hərəkət etsinlər.

Buna görə də evlənmək həyatın vacib və zəruri məsələlərindəndir və bu məsələyə əhəmiyyət vermək lazımdır. Bu məsələdə cavanlara kömək olunmalıdır ki, özlərinə layiq, müvafiq və uyğun bir həyat yoldaşı taparaq, cansıxıcı təklikdən özlərini xilas edə bilsinlər. Valideynlər gərək cavanları evləndirməyi yersiz gecikdirməsinlər və onları bu işdə çətinə salmasınlar.

Bir məktubdan seçilmiş hissəyə diqqət edin:
"... Bu səs-küylü dünyada təkəm. Ancaq mehriban Allahıma ürək bağlamışam. Bilirəm, gərək sizin vaxtınızı almayım, amma nə edim? Başqa yolum yoxdur... Həyatımın 22-ci baharındayam. Atam mehriban və dindar bir kişidir, amma anam onun əksinə olaraq, çox kobud və bədxasiyyətdir. O, mənə tikanlı və yandırıcı sözlər deyir və bu sözləri ilə mənim qəlbimi qırır. Hər kim mənə elçi gəlir hərəsinə bir eyib tutur və hər dəfə bir söz deyib ərə getməyimin qabağını alır. Başqa bir tərəfdən də qardaşlarım müxtəlif bəhanələrlə elçiliyə mane olurlar və bu işin qarşısını alırlar. "Gələn elçi dövlət işində işləmir, vəzifəsi yoxdur, gələcəyi puçdur və səni dolandıra bilməyəcək" – deyirlər.
Bir neçə gün qabaq həyalı, imanlı və mömin ailədən olan bir oğlan mənim elçiliyimə gəlmişdi. Atam onunla evlənməyimə razılaşdı, amma anam və qardaşlarımdan biri razılaşmadılar. Dedilər ki, o, bizim ailəmizə yaraşmır və evi, qazancı yoxdur... faydasızdır.

İndi mən evdə qalmışam. Pak və imanlı bir həyat yoldaşımın olmasını arzulayıram və Allahdan istəyirəm ki, məni qadınların böyük cihadına (Allah və din yolunda döyüş) - yəni ərə xidmət göstərib, yaxşı övlad tərbiyə etmək - daxil etsin, həyatda tək-tənha qalmayım. Ancaq anam mənim bu hissimi və ehtiyacımı dərk etmir və deyir ki, bu olmadı, başqa birisi...

Mənim başqa bir narahatçılığım da budur ki, hər kim bizim evə gəlir mənə bir tənə vurur. Deyir ki, filankəsin qızı ərə gedib, sənin nə eybin var kı, səni almırlar? Bu kimi söz-söhbətlərlə məni hamının yanında təhqir edir.
Səni and verirəm Allaha ki, mənə Allah rizası üçün, kömək edin və hər hansı yolla bilirsiz, mənim anamı və qardaşlarımı nəsihət edin. Bəlkə bu işlərindən əl çəkib mənim evlənməyimlə razılaşalar. Allaha and olsun ki, mən nə zahirə əhəmiyyət verirəm, nə mal-dövlətə, nə də ki, yaşa. Tək arzum ancaq imanlı və yaxşı əxlaqlı olmasıdır... Sizdən istəyirəm ki, mənə öz qızınız kimi kömək edəsiniz ... “
İmza: Sizin tənha və köməksiz qızınız ...
Əziz ana! Məlumdur ki, sizin qızınız kifayət qədər böyüyüb, ərə getmək vaxtı çatıb və özündə buna ehtiyac duyur. Buna görə də gərək onun fitri və təbii istəyinə cavab verib onun üçün ailə qurmaq şəraitini təşkil edəsiniz. Yersiz irad və bəhanələr gətirməkdən çəkinin. Çünki, qızın yaşı artdıqca, ailə qurmaq baharı, təravəti gecikə bilər və bunun da nəticəsində ər və arvad bir-birləriylə əxlaq, xüsusiyyət baxımından gec uyğunlaşacaq və aralarında ünsiyyət və məhəbbət çətin və daha gec çiçəklənəcək.

İmam Cavadın (ə) səhabələrindən biri sizin kimi düşünürdü və gözləyirdi ki, göydən behiştin camallı və kamallı mələklərindən birisi qızının elçiliyinə gəlsin. O, İmama (ə) belə bir məktub yazdı: “Mən bu vaxta qədər qızlarım üçün iman və əxlaqda özüm kimi olan bir şəxs tapa bilmədim, bu halda, mənim üzərimə düşən vəzifə nədir, mən nə edim?”

İmam həzrətləri (ə) onun cavabında yazır: “Qızlarının haqqında yazdığını və indiyə qədər özün kimi birisini tapa bilmədiyini oxudum. Allah sənə rəhm etsin! Bu məsələdə işi çox çətinə salma, çünki Allahın Peyğəmbəri (s) buyurmuşdur: “Əgər sizin övladlarınızın elçiliyinə gələn şəxs din və əxlaq baxımından xoşunuza gəlsə, onu kürəkənliyə qəbul edin, yoxsa, yer üzündə böyük fəsadlar yaranacaqdır.” ("Vəsailuş-şiə", Hürr Amuli, 14/51)

“Bu olmadı, başqa birisi...”- deyib durmaq düzgün deyil. Bəlkə başqası elçiliyə gəlmədi və yaxud gəlsə də, əxlaqlı, imanlı, əmanətdar, sədaqətli və ağıllı olmadı.
"Bizim ailəmizə yaraşmır və uyğun gəlmir"- ifadəsi nə deməkdir?
Əgər “Bizə yaraşmır, uyğun gəlmir və ya bizim kimi deyil”- kimi ifadələrdə məqsəd iman və əxlaq baxımından olarsa (buna şəriətdə ər və arvadın bir-biriylə kufv, yəni əqidə və əxlaqda həmtay olması deyilir) din tərəfindən dəstəklənir və doğru bir addımdır. Doğrudan da ər və arvad bir-birinə iman və əxlaq baxımından layiq olmalıdırlar ki, bu barədə İmam Sadiq (ə) buyurub: “Kufv kəlməsində məqsəd budur ki, elçi iffətli, əmanətdar, doğru-düzgün adam olsun, həmçinin sadə bir həyat və yaşayışı təmin edə bilsin”. ("Əl-Kafi", Şeyx Kuleyni, 5/346, Babul-kufv; "Təhzibul-əhkam", Şeyx Tusi, 7/394, Babul-kufv; "Vəsailuş-şiə", Hürr Amuli, 14/51).
Kufv və həmtay kəlmələrinin bu təfsirinə görədir ki, Peyğəmbər (s) zahiri gözəllik, mal-dövləti olmayan, amma yaxşı əxlaqlı və ləyaqətli bir müsəlman olan Cuybəri, Qureyş tayfasının varlılarından olan Ziyad bin Vəlidin qızı Dilfanın elçiliyinə göndərdi. Amma Ziyad bu məsələ ilə razılaşmaq istəmirdi. Peyğəmbər (s) ona buyurdu: “Ey Ziyad! Cuybər mömindir və mömin kişi möminə qadının kufv və həmtayıdır. Ey Ziyad! Cubəyri kürəkənliyə qəbul et və ondan qaçma...” ("Vəsailuş-şiə", Hürr Amuli, 14/43-44).
Lakin yuxarıda qeyd olunan “Bizim tayımız deyil”- kimi və buna oxşar ifadələrdə məqsəd var-dövlət, zahiri gözəllik və bunlara oxşar şeylər olarsa, bu düzgün bir fikir sayılmır.

Burada bir məsələni də sizə xatırladım ki, şəriət qanunlarına əsasən nikahın doğruluğunda ancaq qızın və atasının razılığı şərtdir. Əlbəttə, daha yaxşı olar ki, bu işdə bütün ailə üzvlərinin razılığı əldə edilsin. Bu şərtlə ki, qızın ailə həyatı qurub, tənhalıqdan canlarını qurtarmış qardaşları da, gərək, öz pak və iffətli bacılarının hisslərini dərk edib ləyaqətli cavanı kürəkənliyə qəbul etsinlər. Bunu da bilsinlər ki, nikah bağlamaqla kişinin iradə, hünər-himməti, çalışqanlığı daha da artır və Allah-Taala da onların ruzisini çoxaldır.
Mənbə: "Əxlaq dər xanevade" (ailədə əxlaq), Ustad Seyid Əliəkbər Hüseyni
Mütərcim: Mirməhəmməd Bəşir (ilahiyyat elmləri üzrə araşdırmaçı)


Yazılıb da (də)   2016 avq 25  Saat  11   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin