Arannews- Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda terror aktı baş verib. bomba yüklü avtomobil polis idarəsinin qarşısında partladılıb.
təhlükəsizlik qüvvələri dediynə görə xeyli ölü və yaralı var. Partlayış nəticəsində polis idarəsinin binası tamamilə yararsız hala düşüb.Cizrədə polis idarəsinin partladılması nəticəsində ölən və yaralananların sayı artıb.
Son məlumata görə, 11 nəfər həlak olub, 78 nəfər yaralanıb. Yaralılar arasında 7 aylıq uşaq da var.