Arannews- Ermənistan keçmiş sovet respublikaları arasında ən yoxsul dövlətdir.
bu barədə erməni fəal Armine Saakyanın “Huffington Post” qəzetində dərc olunmuş məqaləsində deyilir.
Yazıda bildirilir ki, Ermənistanda korrupsiya gündən-günə atır, kasıbla varlı arasında ciddi fərq var:
“Erməniləri ətrafda nəyin baş verdiyi maraqlandırmır. Onlar yalnız sağ qalmaq barədə düşünürlər. 2013-cü ildə ölkədə qəbul edilən təqaüd islahatları təqaüdçülərə kömək etməyib. Əksinə, işləyən insanların məvacibini pensiya sisteminə daha çox yönəltməklə, onların gəlirlərini azaldıb. Tələbələr nüfuzlu universitetlərə yalnız rüşvət verərək girirlər. Onlar bu yolla dərslərdə də iştirak etməyə bilirlər. Pul səhiyyə sahəsində də "danışır". Əgər sənin əməliyyata və ya ciddi müalicəyə ehtiyacın varsa, yenə rüşvət vermək üçün pulun olmalıdır. Əks halda, sən uzun müddət yaşaya bilməzsən”.
Məqalədə Ermənistanda yaranmış durum ölkənin Rusiyadan asılı olması ilə əlaqələndirilir:
“Ermənistanın müstəqillikdən bəri düzəlməməsinin ən böyük səbəbi onun sözdə müstəqil olmasıdır. Reallıqda ölkə hələ də Rusiyanın müstəmləkəsidir. Rusiya Ermənistanın aldığı təbii qazın əksəriyyətini verir. O, həmçinin ölkə böyü qaz boru xətlərinin sahibidir. Bununla yanaşı, Rusiya şirkətləri Ermənistandakı ən böyük elektrik müəssisələrinin sahibidirlər. Rusiya Ermənistanın iqtisadiyyatını əlində saxlayir”.