Tarix : 2016 Aug 26
Kod 50118

Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasının rəsmiləşdirilməsinə səy göstərir

Hikmət Hacıyev beynəlxalq dairələrin Ermənistanın cinayətləri və təxribatları qarşısındakı sükutunu qınayıb.
Arannews- "Ermənistan hələ də öz destruktiv rəftarları ilə Azərbaycanın işğal edilmiş ərazilərində qondarma Dağlıq Qarabağ Respublikasının rəsmiləşdirilməsinə səy göstərir".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev Ermənistan rejiminin təxribat xarakterli rəftarlarına işarə edərək, deyib: Bu kimi rəftarların önlənilməsi üçün lazımi tədbirlər görülüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş əraziləri və Qarabağ ilə bağlı qətnamələrinə də işarə edib: "Ermənistan bu qətnamələrin icrası istiqamətində addımlar atmalıdır".
Hikmət Hacıyev beynəlxalq dairələrin Ermənistanın cinayətləri və təxribatları qarşısındakı sükutunu da qınayıb və deyib: Dünya ictimaiyyəti BMT TŞ-nin qətnamələrinin icra edilməsi istiqamətində ciddi addımlar atmalıdır.


  • Yazılıb
  • da (də) 2016 Aug 26
  • Göndərən مدير سايت Aran News