Tarix : 2016 Aug 27
Kod 50119

üç sabiq səfir həbs olunub

Ankara Cümhuriyyət Prokurorluğunun dövlət çevrilişi cəhdindən sonra başlatdığı istintaq çərçivəsində Ankara Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları saxlanılan Balık, Atalı və Fındık Ankara Ədliyyəsinə gətirilib.
Arannews- Fetullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə dair istintaq çərçivəsində Əhməd Davudoğlunun xarici işlər nazirliyi dövründə şəxsi katibi və 11-ci prezident Abdullah Gülün xarici siyasət müşaviri olmuş keçmiş səfir Gürcan Balık ilə vəzifədən uzaqlaşdırılan səfirlər Ali Fındık və Tuncay Babalı həbs olunub.
Ankara Cümhuriyyət Prokurorluğunun dövlət çevrilişi cəhdindən sonra başlatdığı istintaq çərçivəsində Ankara Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları saxlanılan Balık, Atalı və Fındık Ankara Ədliyyəsinə gətirilib.
Prokurorluqda aparılan sorğu-sualdan sonra həbs olunmaları tələbi ilə məhkəməyə göndəriliblər. 
Həbs olunan Türkiyənin keçmiş Kanada səfiri Tuncay Babalı 17 avqust 2014-cü ildə, Türkiyənin keçmiş Kosta-Rika səfiri Ali Fındık isə 11 noyabr 2015-ci ildə geri çağırılıbmış.
Səfir Atalı isə FETÖ üzvü olduğu iddiasıyla 15 iyuldakı dövlət çevrilişi cəhdindən sonra vəzifədən uzaqlaşdırılmışdı.

  • Yazılıb
  • da (də) 2016 Aug 27
  • Göndərən مدير سايت Aran News