Ermənistan Xarici işlər naziri Rusiya ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi böyük xidmətlərə görə “Dostluq” ordeni ilə təltif olunur.
Arannews- Rusiya prezidenti Vladimir Putin Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyanın “Dostluq” ordeni ilə təltif olunması barədə fərman verib.
Müvafiq sənəd Rusiyanın hüquqi informasiya internet-portalında yerləşdirilib.
“Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan Rusiya ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi böyük xidmətlərə görə “Dostluq” ordeni ilə təltif olunur”, - fərmanda qeyd olunub.