Tarix : 2016 Aug 27
Kod 50121

Rusiya prezidenti Nalbandyanı “Dostluq”la mükafatlandırdı

Ermənistan Xarici işlər naziri Rusiya ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi böyük xidmətlərə görə “Dostluq” ordeni ilə təltif olunur.
Arannews- Rusiya prezidenti Vladimir Putin Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyanın “Dostluq” ordeni ilə təltif olunması barədə fərman verib.
Müvafiq sənəd Rusiyanın hüquqi informasiya internet-portalında yerləşdirilib.
 “Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan Rusiya ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi böyük xidmətlərə görə “Dostluq” ordeni ilə təltif olunur”, - fərmanda qeyd olunub.


  • Yazılıb
  • da (də) 2016 Aug 27
  • Göndərən مدير سايت Aran News