E.Məmmədyarov səfər çərçivəsində gürcüstanın baş naziri Georgi Kvirikaşvili, parlament sədri David Usupaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək.
Arannews- Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana rəsmi səfər edəcək.Bu barədə Gürcüstan KİV-i xəbər verir.
Gürcüstan mətbuatının yazdığına görə, E.Məmmədyarov səfər çərçivəsində ölkənin baş naziri Georgi Kvirikaşvili, parlament sədri David Usupaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək.
E.Məmmədyarov səfər zamanı Gürcüstan və Azərbaycan arasında ikitrəfli əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparacaq.