Şimali Xorasanın Azərbaycan və Gürcüstana ezam olunan 22 nəfərlik heyəti müxtəlif sənaye, ticarət, kənd təsərrüfatı, turizm və ərzaq maddələri sektorlarındakı iş adamlarından ibarətdir.
Arannews- Şimali Xorasanın ticarət və menecerlik heyəti əməkdaşlıqların genişləndirilməsi çərçivəsində Azərbaycan və cezam olunub.
Şimali Xorasan vilayətinin Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı palatasının rəhbəri Məhəmməd Səmədi deyib: Şimali Xorasanın Azərbaycan və Gürcüstana ezam olunan 22 nəfərlik heyəti müxtəlif sənaye, ticarət, kənd təsərrüfatı, turizm və ərzaq maddələri sektorlarındakı iş adamlarından ibarətdir.
Səmədi bu heyətin ezam olunmasının məqsədini Azərbaycan və Gürcüstanla ticarət mübadilələri və qeyri-neft məhsulları ixracatının genişləndirilməsi adlandırıb və deyib: Bakı və Tbilisi ticarət palataları, Kənd Təsərrüfatı Nazirlikləri üzvləri və iş adamları ilə görüş, eləcə də sənaye obyektləri ilə yaxından tanışlıq İran heyətinin bu iki ölkəyə səfər proqramlarına daxildir.