QMİ sədri Qarabağ münaqişəsinin həllinin vacibliyi barədə danışaraq qeyd edib ki, 20 ildən çox davam edən bu münaqişə Qafqazın inkişafına əngəldir.
Arannews- Yaxın Şərqdə, xüsusilə də Suriyada sabitliyin bərqərar olunmasında, hökm sürən xaosun aradan qaldırılmasında Rusiyanın oynadığı rol əhəmiyyət kəsb edir.
bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.
QMİ sədri Qarabağ probleminin həllinin vacibliyi barədə danışaraq qeyd edib ki, 20 ildən çox davam edən bu münaqişə Qafqazın inkişafına əngəldir. O, Rusiya Prezidenti Vladimir Putinin sülhün əldə olunması istiqamətində göstərdiyi səyləri yüksək dəyərləndirdiyini bildirib.