Tarix : 2016 Aug 29
Kod 50137

Ermənistan ABŞ-dan İmtina Edib

Ermənistanın ABŞ-ın axtardığı Rusiya vətəndaşını ona vermədi.
Arannews- Yerevan məhkəməsi Rusiya vətəndaşı Sergey Mironovun həbsi barədə prokurorluğun vəsatətini rədd edib.
iclasa sədrlik edən hakim Мnаçаkan Martirosyan bildirib ki, S. Mironov azad olunacaq. O deyib ki, prokurorluq qərardan 5 gün ərzində apellyasiya şikayəti verə bilər.
ABŞ tərəfindən beynəlxalq axtarışda olan Rusiya vətəndaşı S. Mironov hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. 
S. Mironov ötən həftənin sonunda Ermənistanın paytaxtında, Zvartnots hava limanına daxil olan zaman saxlanılıb.

  • Yazılıb
  • da (də) 2016 Aug 29
  • Göndərən مدير سايت Aran News