Tarix : 2008 Jun 02
Kod 5014

İMAM XOMEYNİ MƏKTƏBİ

Ayətulllah ailəsində dünyaya göz açan və Peyğəmbər övladı sayılan Ruhullah Xomeyninin inqilabçı və mübariz atası da bu yolda şəhid edilmişdir
Iran Servisi/Aran Agentliyi
Elə şəxsiyyətlər var ki, onun adı dillər əzbəri olmaqla yanaşı düşmənləri və dostları da çox olur.
Dostlar onun tutduğu mövqe apardığı işləri düzgün sayaraq onun haqqaniyyətinə cəzb olunurlar. Düşmənləri isə onun məntiq və vicdanla düz olmasına baxmayaraq müəyyən maraq və ya nəfslərinə görə onun yolunu səhv görür və onun haqqaniyyətindən bir o qədər də uzaqlaşırlar. İslam Peyğəmbəri başda olmaqla İmamlarımız bu cür insanlardandır.
Lakin elə insanlarda tapılır ki, İslam haqqaniyyətini ruhən dərk edərək bu yüksək məqamlı insanların nuru ilə Allah tərəfindən dünya şöhrətli və müsəlmanlar arasında sevimli şəxslərə çevrilirlər.

Bu insanlardan biri də ötən əsrdə yaşamış Ruhullah Musəvi – İmam Xomeynidir. Yaşayışı və tutduğu mövqeyi və həyat xətti həmişə İslam dini və Əhli-Beyt sünnəsinə uyğun olaraq tənzimlənən bir şəxs.
Ayətulllah ailəsində dünyaya göz açan və Peyğəmbər övladı sayılan Ruhullah Xomeyninin inqilabçı və mübariz atası da bu yolda şəhid edilmişdir. Şəhid atasının ruhu və mücahidliyi də onun tutduğu yolda sanki bir bələdçiyə çevrilmişdi.
İmam Xomeyni uşaqlıq və yeniyetmə çağlarından İslam maarifi, səth elmləri, məntiq, fiqh,ərəb ədəbiyyatı və digər elmlərə yiyələnərək cavan yaşlarında alimlik zirvəsinə çatdı
Onun müqavimət, zülmə baş əyməmək yolu İmam Hüseyn məktəbindən aldığı dərslərə əsasən formalaşmışdı.
Nəhayət 1961-62-ci illərdən başlayaraq İran xalqı zülmə qarşı və haqqı müdafiə edən şəxsin şüar və moizələri ilə yeni dini rəhbərin kölgəsini hiss etməyə başladı.
Şah rejiminə qarşı mübarizə onun əsas apardığı mübarizə taktikasından biri idi. Zülmkar şahın iç üzünü açaraq xalqı oyandırmaq onun moizələrinin əsası idi.
Bu moizələrin bu məqalədə hamısını qeyd etməyin mümkünsüzlüyünü nəzərə alaraq sizə bir neçə tarixi cümlələri diqqətinizə çatdırmaq istəyirik.
Şahın kaputulyasiya sazişinə qol çəkməsindən sonra İmam Xomeyni ona sərt mesajlar verməyə başladı. Bir zamanlar müctehidlərdən birinin şaha qəbul etdiyi sazişə etiraz edərək:”Mən İrandan köçməyə qərar verdim”-cümlələrini də diqqətə çəkən İmam Xomeyni Şahın İran xalqını təhqir edən bu sazişi ləğv etməsini bu cür tələb edir:”Ey Şah, bir zamanlar zəmanə mücehidləri İrandan köç edəcəklərini sənə bildirmişdilər. Ancaq mən sənə deyirəm: bu qanunu ləğv etməsən səni İrandan qovmağa qərar verəcəyəm!”-deyərək dövrünün və ondan sonrakı nəsillər üçün bir şücaət və mərdanəlik məktəbinin banisi kimi diqqəti çəkir.
Bu qanuna etiraz edərək çıxışında bu cümlələrə yer verir:”İzzətimiz tapdalandı, İranın əzəməti aradan getdi, İran ordusunun əzəmətini tapdaladılar. Parlamentdə bir qanun qəbul edildiki İranı Vyana müqaviləsinə əməl etməyi boynuna qoydular. Bir sözlə İrandakı hərbiçilərin ailələri,özləri, malları və texnikaları onların hər növ cinayətləri müqabilində əmniyyətdə olacaq. Ey cənablar, mən xətər-təhlükə elan edirəm!, Ey İran Ordusu mən xətər-təhlükə elan edirəm!, Ey İran siyasətçiləri mən xətər-təhlükə elan edirəm! And olsun Allaha fəryad etməyən hər bir kəs günahkardır. And olsun Allaha fəryad qoparmayan hər bir kəs, böyük günah etmişdir! Ey İslam başçıları, İslamın dadına çatın! Nəcəf alimləri İslamın dadına çatın!, Qum alimləri İslamın dadına çatın!”.
Bəli, bir çox hədə və təhdidlərə baxmayaraq İmam Xomeyni, Şah və İmperialist ölkələrə müharibə elan edərək İranın azadlığa qovuşması üçün əlindən gələni əsirgəməyəcəyini qarşısına məqsəd qoymuşdu.
Sanki, İmam Huseynin (ə):”Mənim kimilər Yezid kimilərə boyun əyməzlər” və ya “Zillət bizdən uzaqdır” hədisləri və ya şüarlarına həyatı ilə əməl edən İmam Xomeyni dünya hegemoniyasına bir neçə illik zərbə vurdu.
Necə ki, İran İnqilabından sonra dünya məzlumları və müstəzəflərinin pənah evinə çevrilən İran o gündən başlayaraq zülmkar dünya hegemoniyasının rahat nəfəs almasına bir maneəyə çevrilmişdir.
Əməl etdiyi dini tədris sanki onun gündən günə parlayaraq “Haqq bərpaçısı” olmasını sübut edirdi.
Dünyada neokolonist siyasətə qarşı apardığı fəaliyyətlər bu günlərdə də davamçıları tərəfindən davam etdirilir.
Livan xalqını azad edən ideologiya da məhs İmam Xomeyni məktəbinin sayəsində mümkün olmuşdur.
Hətta Livan Müqavimət hərəkatının rəhbəri Seyyid Həsən Nəsrullah öz çıxışlarında da buna işarə edir. Livan müqavimətinin hərbi komandirlərindən birinin 40 mərasimində bu mətləblərə işarə edir: “Onlar son terrorla bizi ümidsizliyə salmaq və bizim zəif məğlubiyyətə uğramış olduğumuzu söyləmək istədilər. Onlar bizim şüurumuzu ortadan qaldırmağa çalışdılar. Lakin biz İmam Xomeyni məktəbinin şagirdləriyik. O deyərdi ki, bizi öldürün; ancaq bunu bilin ki, bizlər şəhadətlə daha da güclənirik”.
Bəli məzhəbindən asılı olmayaraq İmam Xomeyni sayəsində müsəlmanlar dövrlərində mücahidlik və mərdanəlik məktəbi görə bildilər. Müsəlmanlar düşmənə boyun əyməyərək öz hökmlərini icra edəcək bir rəhbərlər gördülər. O rəhbərlər ki, dünyanın etirazına baxmayaraq Quranı təhqir edən Səlman Rüşdülər kimilərin rahat nəfəs ala bilməyəcəkləri bir fitvalar verirlər və İslamı zəif deyil güclü və əyilməz olduğunu sübut edirlər!
İmam Xomeyni məktəbi İraq, Əfqanıstan, Livan və digər ölkələrdəki haqq müdafiəçilərinin bir tədris mərkəzidir. Elə bir məktəb ki, İmam Huseynin(ə):”Mənim qiyamım vəzifə üçün deyil əksinə yaxşılığa dəvət və pislikdən çəkindirmək üçündür”-hədisi ilə idarə olunur. Necə ki, o çıxışlarının birində:”Mənim müxalifliyim hansısa bir şəxslə deyil. Mənim müxalifliyim hər o şey ki, insaniyyətə ziddir, onunladır”-deyərək tutduğu mövqeyini ortaya qoyur.
İmam Xomeyni rəhbərlik etdiyi inqilabın İslami olmasını daha çox xatırladırdı. Sanki İmam qurulan hökümətin gələcəkdə bütün məzlum və ya haqqı tapdalanmış müsəlman ölkələrin himayəçisi olacağını bilirmiş. Bu baxımdn da o, “Bizim hərəkatımız İran hərəkatı olmazdan qabaq bir islam hərəkatıdır”.
Öz mədəniyyəti və irfanı ilə parlayan imam mədəniyyət,elm və yaradıcılığa daha çox önəm verirdi: “Mədəniyyət bütün xoşbəxtlik və bədbəxtliklərin qaynağıdır. Millətlərə yaradıcı şəkildə xidmət edən mədəniyyət düzgün mədəniyyətdir. Qarın, çörək və su mədəniyyət ölçüsü deyil, insan şərafət, mədəniyyət kateqoroyasıdır. İnsan nə qədər ki, top-tüfəngin kölgəsində həyatını davam etdirir, əsl insan ola bilmir, insanlıq məqsədinə yetişə bilmir. Çalışın öz qələm və bəyanınız ilə pulemyotları kənara qoyun, meydanı elmə, biliyə və qələmə verin”.
Sözü və qəlbi bir olan İmam Xomeyni xalqın bütün təbəqəsinə eyni gözlə baxır, şəhidlər və şəhid ailələrinə də önəmli və layiqli yer verirdi: “Qamış daxmada oturan saf insanların və şəhid verənlərin başının bir tükü bütün dünyanın saraylarından və sarayda oturanlarından şərəfli və üstündür”.
İbadət, itaət və irfanı da demək olar ki, kamil insanlardakı kimi idi. Əlbəttə ki, bu sözlər böyük əxlaq və irfan ustadlarının dedikləridir. Günün müəyyən saatlarını ibadət, zikr, dua, Quran oxumaq və mütaliə ilə keçirərdi. Allahı zikr etmək və təfəkkür etmək, İmamın gündəlik proqramının tərkib hissəsi idi. O, yaşı 90-ı haqlamasına baxmayaraq dünya siyasi rəhbərləri arasında ən çox çalışan bir şəxsiyyət idi, islam cəmiyyətinin yüksəlişi, onun problemlərinin həlli yolunda xidmətdən yorulmur və əksinə ondan sevinc hissi keçirir, hətta ən çətin və ağır hadisələrdən öz ruhiyyəsini itirmir, Allaha olan təvəkkül və inamına görə, Allahı da onu tək buraxmırdı.
Necə ki, ABŞ Ordusunun Hava Qüvvələrinə aid bir neçə vertalyotun Quma qəfil hücumu və bu haqda İmam Xomeyniyə məlumat verdikdə, heç bir narahatçılıq keçirmədən xəbəri gətirəni sakitləşdirərək:”Allah bizimlədir”-deməsi və daha sonra Qum çölündə fırtına qoparaq vertolyotları öz ağuşuna alıb yerə salması, daha çox Əbabil quşlarının hekayəsinə oxşayır.
Bəli İmam Xomeyninin imanı, irfanı, müqaviməti, mərdanəliyi və bu şeylərin də Allaha olan ixlası ilə müşayət edilməsi, onu bu cür yüksəkliklərə qaldırdı.
İmam Xomeyninin gözəl-şərəfli həyatı ilə tanış olanlar, onun çağırışlarını eşidənlər və şəxsiyyətini tanıyanlar üçün şübhəsiz, elə bir məşəl yandırmışdır ki, onun şöləsi düşmənçilik dolu cəncəl, təhrif və təxribat dolu tufanlar arasından sönməyəcək
Dünyadan köçməsinə baxmayaraq, onun yerini qardaşı və tələbəsi Ayətullah Seyyid Əli Xamenei tutaraq sanki İmam Xomeyni həzrətlərinin ruhunu öz həyatında cilvələndirir.
Bayramov Ramin

İmam Xomeyninin rehləti münasibətilə baş sağlığı veririk
  • Yazılıb
  • da (də) 2008 Jun 02