Arannews- Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində QMİ-nin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib. Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə şahidlərin dindirilməsi davam edib.
Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.