Tarix : 2016 Aug 30
Kod 50143

Möhsin Pakayin: "Azərbaycan və İran arasında əlaqələr inkişaf tempi üzrə hərəkət edir"

"Azərbaycan və İran arasında KİV-lərin əlaqalərini inkişafı iki dost və qardaş olan xalqın əlaqələrini inkişafı üçün dayaq ola bilər".
Arannews- İran İslam Respublikasının radio-televiziyasının Bakıdakı ofisinə  yeni müdir təqdim olunub.
bu vəzifədə bundan sonra  Əmir Kərəmi çalışacaq. O, Mehdi Rasini əvəz edəcək.
Bu gün İranın Azərbaycandakı səfiri Möhsin Pakayin, İranın Azərbaycandakı diplomatik korpus nümayəndəliyinin və İran televiziyasının Bakı nümayəndəliyinin işçilərinin iştirakı ilə mərasim keçirilib, yeni müdir nümayəndəliyin işçilərinə təqdim olunub.
Çıxış edən İranın Azərbaycandakı səfiri M. Pakayin deyib ki, Azərbaycan və İran arasında əlaqələr inkişaf tempi üzrə hərəkət edir. "Əlaqələrin  inkişafında KİV-lərin rolu çox önəmlidir. Mən cənab M. Rasinin iki ölkə əlaqələrini möhkəmlənməsi istiqamətində gördüyü işlərə görə təşəkkürümü bildirirəm. Yeni müdirə işlərində uğur arzulayıram. Azərbaycan və İran arasında KİV-lərin əlaqalərini inkişafı iki dost və qardaş olan xalqın əlaqələrini inkişafı üçün dayaq ola bilər".
Əmir Kərəmi indiyədək İran İslam Respublikasının radio-televiziya şirkətinin xəbər və təhlil şöbəsinin direktoru vəzifəsində çalışıb. 


  • Yazılıb
  • da (də) 2016 Aug 30
  • Göndərən مدير سايت Aran News