Zahirəddin İbrahimov: "Hizmət Hərəkatı 2013-cü ildə Azərbaycan Respublikasında öz tərəfdarlarına 53 milyon dollar xərcləyib. Bu vəsaitin 3 milyon 565 min dolları dövlət məmurlarına çatıb".
Arannews-Azərbaycan Respublikası məsələləri üzrə ekspert Zahirəddin İbrahimov deyib: Fətulla Gülənin başçılıq etdiyi Hizmət Hərəkatı 2013-cü ildə Azərbaycan Respublikasında öz tərəfdarlarına 53 milyon dollar xərcləyib. Bu vəsaitin 3 milyon 565 min dolları dövlət məmurlarına çatıb.
İbrahimov əlavə edib: 2009-cu ilə qədər yayımlanan sənədlərə əsasən, təkcə Bakı şəhərində 2 min 775 ev Hizmət Hərəkatına bağlı evlərin icarəsində olub və onlar sərbəst şəkildə fəaliyyət göstəriblər.
İbrahimov bildirib: Gülən tərəfdarlarının Azərbaycanın Qafqaz Universitetində nüfuzu heç kimə gizli deyildir. Amma Türkiyədə uğursuz çevrilişdən sonra bu ölkə hökuməti rəsmi Bakıdan Azərbaycanda Gülən tərəfdarlarını təqib etməsini istəyib.