G.Kvirikashvili-nin səfəri çərçivəsində İlham Əliyev və Artur Rasizadə ilə görüşü gözlənilir.
Arannews- Bu gün - avqustun 31-də Gürcüstanın baş naziri Giorgi Kvirikashvili-nin Azərbaycana gələcəyi bildirilir.G.Kvirikashvili-nin rəsmi səfəri çərçivəsində prezident İlham Əliyev və azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşü gözlənilir.
Baş nazirin başçılıq etdiyi Gürcüstan hökumətinin nümayəndə heyətinin tərkibinə onun müavini, energetika naziri Kakha Kaladze və xarici işlər nazirinin müavini Gigi Gigiadze də daxildir.