Tarix : 2016 Aug 31
Kod 50152

Ermənistan Xalqı Qarabağı Azərbaycana qaytarmağa razıdır

Qarabağda baş verən hər hansı hadisə Ermənistan üçün itkidir.
Arannews- Ermənistanda əhali döyüşməmək üçün Dağlıq Qarabağı Azərbaycana qaytarmağa razıdır.
Ermənistanda “Region” tədqiqatlar mərkəzinin direktoru Laura Baqdasaryan erməni cəmiyyətinin Qarabağı Azərbaycana qaytarmağa hazır olduğunu deyib.
Onun sözlərinə görə, Qarabağ məsələsi erməni cəmiyyəti üçün dördüncü, beşinci yerdədi:
 “Əsas diqqət həmişə daxili problemlərə yönəlmişdi. Aprel döyüşlərindən sonra isə cəmiyyət ordudakı səhvlərdən danışmağa başladı. İnsanlar anladılar ki, Qarabağda baş verən hər hansı hadisə Ermənistan üçün itkidir. Cəmiyyət Qarabağ münaqişəsinin nizama salınmasının mümkün variantlarını müzakirə etməyə başladı”.
L.Baqdasaryan hesab edir ki, hazırda erməni cəmiyyəti müharibədə döyüşməmək üçün Qarabağı Azərbaycana qaytarmağa razıdır.


  • Yazılıb
  • da (də) 2016 Aug 31
  • Göndərən مدير سايت Aran News