Tarix : 2016 Aug 31
Kod 50153

Azərbaycanda Gülən Tərəfdarlarının Həbs Edilməsi Davam Edir

Elşad İsgəndərov və Ceyhun Osmanlı tezliklə Gülən şəbəkəsilə həmkarlıq ittihamı ilə həbs olunacaqlar.
Arannews- Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri və bu ölkə parlamentinin sabiq üzvlərindən birinin adı Hizmet hərəkatının rəhbəri Fəthullah Gülənlə həmkarlıq ittihamı ilə həbs olunanlar siyahısına salınıb.
Azərbaycan Respublikasının dövlət mənbələri tərəfindən yayılmış mötəbər xəbərlərə əsasən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov və Azərbaycan Respublikası Milli Məclisinin sabiq üzvü Ceyhun Osmanlı tezliklə Gülən şəbəkəsilə həmkarlıq ittihamı ilə həbs olunacaqlar.
Türkiyədə uğursuz 15 iyul çevrilişindən sonra  Azərbaycan Respublikasında ANS telekanalı və Qafqaz Universiteti bağlandı və bəziləri də Gülənə tərəfdarlıq etmək ittihamı ilə həbs olundu.


  • Yazılıb
  • da (də) 2016 Aug 31
  • Göndərən مدير سايت Aran News