Ermənistanın qondarma rejimin müstəqilliyinin 25 illiyi bəhanəsi ilə gizli şəkildə planlaşdırdığı bu təxribatçı tədbirlərin qarşısını...
Arannews- “Ermənistanın təxribatçı məqsədlərlə Siyasi və Xarici Siyasət məsələləri üzrə Mərkəzlə birlikdə 2-3 sentyabr tarixlərində Yerevanda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin müstəqilliyinin 25 illiyi bəhanəsi ilə təşkil etməyə çalışdığı tədbir ləğv edilib. Keçmiş dövlət rəsmiləri, parlament üzvləri və ictimai şəxslərin dəvət edildiyi bu tədbir iştirakçılarının sonra işğal edilmiş Azərbaycan ərazilərinə səfəri nəzərdə tutulurdu. Mərkəzin sədri Fabien Baussart bəyanatla çıxış edərək bu təşəbbüsü ləğv etmək məcburiyyətində qaldığını bildirib”.Bunu Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Ermənistanın qondarma rejimin müstəqilliyinin 25 illiyi bəhanəsi ilə gizli şəkildə planlaşdırdığı bu təxribatçı tədbirlərin qarşısını almaq üçün Xarici İşlər Nazirliyi 25 və 31 avqust tarixində bəyanatlarla çıxış edib və zəruri önləyici addımlar atılıb: “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tədbirin təşkilatçıları və dəvət olunan şəxslərlə izahedici və məlumatlandırıcı iş aparıb, birtərəfli və qərəzli xarakter daşıyan bu tədbirin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinə xələl gətirdiyi bildirilib. tədbirə dəvət almış şəxslərin bir çoxu regiondakı vəziyyətin həssaslığını bilərək iştirakdan imtina edib”.