Tarix : 2016 Sep 01
Kod 50157

İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi 60 faizdan çox artıb

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev bu xəbəri verib.
Arannews-  İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi cari miladi ilinin ilk yarısında ötən ilki oxşar dövr ilə müqayisədə 66 faiz artıb.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev bu xəbəri verərək deyib: Bu rəqəm iki ölkənin potensiallarını və yüksək səviyyədəki əlaqələrini nəzərə alaraq neçə qat artırıla bilər. 
İranın Azərbaycan Respublikasındakı səfirliyinin ticarət atteşesi Məhəmməd İbrahim Nəqizadə isə iki ölkə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirərək deyib: Cari hicri şəmsi ilinin ilk dörd ayında İrandan Azərbaycana 180 milyon dollar dəyərində müxtəlif mallar ixrac edilib və beləliklə Azərbaycan İranın ixracatında 12-ci yerdə durur.
Azərbaycan Respublikası neftin qiymətinin düşməsindən sonra, neftə asılılıqdan qurtarmaq məqsədi ilə ticarət, kənd təsərrüfatı, tranzit və turizm sektorlarında müəyyən islahatlara başlayıb. Bu sahələrin hər biri İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradıb. 
Hal-hazırda İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi qeyri-neft sektorunda illik 500 milyon dollar təşkil edir. 

  • Yazılıb
  • da (də) 2016 Sep 01
  • Göndərən مدير سايت Aran News