İranın Azərbaycandakı səfiri: "Hər iki ölkə neftən asılı olmayan iqtisadiyyata malik olmaq istəyir və bu istiqamətdə iş adamları və özəl sektoru çox səmərəli rola malik ola bilər".
Arannews- İranın Şimali Xorasan ostanının iş adamlarının İranın Azərbaycan Respublikasındakı səfiri ilə görüşündə bu ostan ilə Azərbaycan Respublikası arasında ticarət əməkdaşlıqlarının yolları araşdırılıbgörüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin özəl sektorun gücləndirilməsinin vacibliyini vurğulayaraq deyib: Hökumət özəl sektorun mənafelərinin təmininə xüsusi diqqət ayırır və özəl sektorun mənafeyi hökumətin mənafeyi ilə üst-üstə düşür, bu isə ölkənin iqtisadiyyatının gücləndirilməsi üçün əlverişli zəmin yaradır.
Pakayin İran ilə Azərbaycan Respublikası arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu iki ölkə arasında ticarət mübadilələrinin həcminin son altı ay ərzində 66 faiz artdığını xatırladaraq deyib: Hər iki ölkə neftən asılı olmayan iqtisadiyyata malik olmaq istəyir və bu istiqamətdə iş adamları və özəl sektoru çox səmərəli rola malik ola bilər.
İranın şimali Xorasan ostanının ticarət,sənaye, mədən və kənd təsərrüfatı palatasının sədri Məhəmməd Səmədi də bu görüşdə ostanın xüsusi ilə kənd təsərrüfatı , sənaye və ticarət sahələrindəki potensiallarını şərh edərək deyib: Şimali Xorasanda 71 növ məhsul istehsal edilir və onun böyük hissəsi müxtəlif ölkələrə ixrac olunur.
Səmədi Şimali Xorasan ostanı ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələrinin inkişaf sahələrini sadalayaraq ostandan Bakıya göndərilən heyətin səfərinin səmərəli nəticələr verəcəyinə ümidvarlığını bildirib.
İranın Şimali Xorasan ostanından 22 nəfərliik ticarət heyəti dünən Azərbaycan Respublikasına səfərini başladıb. Heyət bu gün Azərbaycanın iqtisadiyyat nazirinin müavini ilə görüşü gözlənilir. İranlı heyətlə Azərbaycanın iş adamları arasında müştərək iqtisadi forumun keçiriləcəyi də planlaşdırılıb.