Dağlıq Qarabağ münaqişəsinin həlli o zaman mümkün olacaq ki, Rusiya Ermənistana əmr edib müəyyən dəyişikliklərə nail olmaq üçün addımlar atacaq.
Arannews- Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın yalançı siyasəti və danışıqların imitasiyası prosesi davam edir.
Bu sözləri millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili son zamanlar Rusiya tərəfindən Dağlıq Qarabağda rus sülhməramlıların yerləşdirilməsi məsələsinin gündəmə gətirilməsini şərh edib:
“Münaqişənin həlli o zaman mümkün olacaq ki, Rusiya Ermənistana əmr edib müəyyən dəyişikliklərə nail olmaq üçün addımlar atacaq”.
Millət vəkili bildirib ki, Qarabağ məsələsi ilə bağlı ən əsas qərar Rusiyanın Ermənistana müvafiq əmrindən ibarət olacaq:
“Məhz bu zaman Ermənistanın hansısa addımlar atması gələcəkdə sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Söhbət Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından gedir. Yalnız bundan sonra çox ciddi danışıqlar prosesi başlaya bilər”.