Tarix : 2016 Sep 01
Kod 50162

BAŞ NAZİR Türkiyədə hərbi çevriliş cəhdinə səssiz qalan ölkələri tənqid edib

B. Yıldırım bəzi ölkələrin hərbi çevriliş tərəfdarı kimi mövqe sərgilədiyini vurğulayıb.
Arannews- Türkiyənin baş naziri ölkəyə səfər edən xarici ölkə parlamentarlarına çıxış edib.
B. Yıldırım çıxışında Türkiyədə hərbi çevriliş cəhdinə səssiz qalan ölkələri tənqid edib, bəzi ölkələrin hərbi çevriliş tərəfdarı kimi mövqe sərgilədiyini vurğulayıb. O, hərbi çevriliş cəhdinin bir imtahan olduğunu və gerçək dostların üzə çıxdığını söyləyib: “İyulun 15-də qeyd-şərtsiz bizə dəstək verən dostlarımız oldu. Ancaq dost bildiyimiz bir çox ölkə təəssüf ki, səssiz qalmağa üstünlük verdi. Ona görə də bu hərbi çevriliş cəhdi bir imtahan, demokratiya və çevriliş tərəfdarı olanlar üçün bir seçim oldu. Biz o zaman gerçək dostlarımızı gördük. Bəzi ölkələr susmaqla çevriliş tərəfdarı olduqlarını ortaya qoydular. Bu, təəssüf doğurur”.


  • Yazılıb
  • da (də) 2016 Sep 01
  • Göndərən مدير سايت Aran News