Tarix : 2016 Sep 02
Kod 50165

İran və Azərbaycan arasında əməkdaşlıq sənədi imzalanıb

Bu sənədə əsasən tərəflər iqtisadiyyat və sənayenin müxtəlif sahələrinə sərmayə qoyuluşu ilə bağlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcək, birgə iqtisadi-ticarət sərgiləri keçirəcək, qeyri-neft məhsullarının ixracatını artıracaq və kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcəklər.
Arannews- Azərbaycan və Şimali Xorasanın ticarət palataları arasında əməkdaşlıq sənədi imzalanıb.
bu əməkdaşlıq sənədi bu gün Bakıda Şimali Xorasan Ticarət Palatasının sədri Məhəmməd Səmədi ilə Azərbaycanın Ticarət Palatasının sədrəvəzi Adil Hüseynov arasında imzalanıb. 
Bu sənədə əsasən tərəflər iqtisadiyyat və sənayenin müxtəlif sahələrinə sərmayə qoyuluşu ilə bağlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcək, birgə iqtisadi-ticarət sərgiləri keçirəcək, qeyri-neft məhsullarının ixracatını artıracaq və kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcəklər. 
Şimali Xorasanın 22 nəfərlik ticarət heyəti 3 gün öncə iqtisadi fəaliyyətlər, ticarət əlaqələri və investisiya imkanları barədə dəyərləndirmələr həyata keçirmək üçün Azərbaycana səfər edib. 
Birgə iqtisadiyyat forumunda iştirak, Azərbaycanın iqtisadiyyat və kənd təsərrüfatı sahələri üzrə məsul şəxsləri ilə görüşmək, sənaye mərkəzlərinə baxış keçirmək bu səfərin əsas məqsədlərindəndir.


  • Yazılıb
  • da (də) 2016 Sep 02
  • Göndərən مدير سايت Aran News