Tarix : 2016 Sep 02
Kod 50166

Elçin Qasımov karserə salınıb

“Onun səhhəti pisdir. Buna baxmayaraq, Qasımovun xəstəxanaya köçürülməsi barədə müraciətlərimizdən imtina edilib, əvəzində isə “operativ olaraq” karserə salıblar.
Arannews- Azərbaycan “Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımov Kürdəxanı təcridxanasında 5 sutkalıq karserə salınıb. Bu barədə onun vəkili Elçin Qəmbərov məlumat verib.
“Onun səhhəti pisdir. Buna baxmayaraq, Qasımovun xəstəxanaya köçürülməsi barədə müraciətlərimizdən imtina edilib, əvəzində isə “operativ olaraq” karserə salıblar. Hesab edirəm ki, bu inzibati cəzadan sonra onun vəziyyəti pisləşəcək”, - vəkil bildirib.
Xatırladaq ki, Elçin Qasımov 2015-ci il noyabrın əvvəlində həbs olunub. Həbsdən sonra onlarla dindar Sabunçu rayon polisinin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib.
Üç həftədən sonra - ayın 26-da DİN Nardaranda xüsusi əməliyyat keçirib. Hərəkatın 15 üzvü, o cümlədən rəhbəri Taleh Bağırzadə həbs olunub. Onlar hakimiyyətin ələ keçirilməsinə cəhddə və digər ağır cinayətlərdə ittiham olunublar. Həbs edilənlər məhkəmə zamanı bildiriblər ki, bir neçə gün ərzində onlara işgəncə veriblər, müxalifətlə birlikdə ölkədə çevriliş hazırladıqlarını etiraf etməyi tələb ediblər.


  • Yazılıb
  • da (də) 2016 Sep 02
  • Göndərən مدير سايت Aran News