Türkiyə Hökumətinin 674 saylı qərarına əsasən FETÖ məktəblərinin diplomları və xaricdə təhsil alan, FETO, PYD kimi terror təşkilatları ilə...
Arannews- Türkiyə Hökumətinin 674 saylı qərarına əsasən ölkə xaricində fəaliyyət göstərən FETÖ məktəblərinin diplomları və xaricdə təhsil alan, FETO, PYD kimi terror təşkilatları ilə əlaqələri təsdiq edilmiş 158 nəfərin tələbə adı ləğv olunacaq.Eyni zamanda bu qərara əsasən istefada olan hakim və prokurorlar yenidən işə alınacaq, FETÖ ilə əlaqəsi olan bütün bələdiyyələrin daşınan əmlakı müsadirə ediləcək.
Terror təşkilatları ilə əlaqəsi olan şəxslər bir daha dövlət məmuru kimi işə götürülməyəcək, silah saxlamaq üçün verilən icazələr ləğv ediləcək, yaşadıqları mənzillər dövlətə məxsusdursa boşaldılacaq. Bu şəxslərin özəl təhlükəsizlik şirkətərinin təsisçisi , ortağı və əməkdaşı olmasına icazə verilməyəcək. Eyni zamanda FETÖ üzvlərinin həyat yoldaşlarının da xarici pasportları ləğv ediləcək