Tarix : 2016 Sep 04
Kod 50177

hər il Rusiyali uşaqlar üçün Quran dərsləri təşkil olunur

Quran dərslərində iştirak edən yeniyetmə uşaqlara Rus dilində tərcümə olunmuş Qurani – Kərim və kursu bitirdiklərinə dair sertifikatlar təqdim olunur.
Arannews- hər il Rusiyanın Dərbənd Came məscidində İslami Maarifi və Quran dərsləri təşkil olunur.
cari ilin  yay ayında yeniyetmə uşaqlar üçün təşkil olunan Quran dərslərini başa çatdıran şagirdlər üçün Dərbəndin  Came məscidində  təntənəli mərasim keçirilib. Mərasimdə  Dərbəndin tanınmış ruhaniləri və ustadlar iştirak edib. 
Dərbənd Came məscidinin ruhanisi Hacı Eldar İbrahimov bildirib ki, Quran dərslərində iştirak edən 100-ə yaxın  şagirdə Rus dilində tərcümə olunmuş Qurani – Kərim  və kursu bitirdiklərinə dair sertifikatlar təqdim olunub. 
E. İbrahimov əlavə edib ki, ümumilikdə Dərbənd Came məscidində Quran dərsləri ilə yanaşı, digər İslami Maarifi dərsləri (Əhkam və Əqaidin əsasları kimi dərslər) təşkil olunur.

  • Yazılıb
  • da (də) 2016 Sep 04
  • Göndərən مدير سايت Aran News