Robert Koçaryan: "ilk növbədə, təhlükəsizliyə təminat verilməli və nəzarətdə olan bəz ərazilər referendumun keçirilməsi şərti ilə qaytarılmalıdır".
Arannews- Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Qarabağ tənzimlənməsi məsələlərinə toxunub."Bu gün biz şahidiyik ki, ciddi narahatlıq doğuran bir sıra əlverişsiz amil üst-üstə toplanmaqdadır. Rusiyadan silah təchizatı ilə hərbi balansın pozulması, Dağlıq Qarabağ üzrə beynəlxalq təşkilatların bir neçə xoşagəlməz bəyanat və hesabatları, Azərbaycanın təşəbbüsü ilə (təbii ki, Ermənistansız) regional əməkdaşlığın yeni formatının formalaşdırılması, ölkəmizdən yan keçməklə "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması. Baş verınlərin geosiyasi nəticələri bizim nüfuzumuza uzun müddət ərzində iqtisadi, beynəlxalq və regional məsələlərdə mənfi təsir göstərəcək və əlbəttə ki, bu Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə bizim təsir ehtiyatlarımıza da sirayət edəcək. Münaqişə tərəflərinin vəzifəli şəxslərinin bəyanatlarına və hökumətə yaxın KİV-in çoxsaylı yazılarına əsasən demək olar ki, tərəflərin güzəştə getmək hazırlığı müqayisə olunmazdır.
Qarabağın müstəqilliyi və Ermənistanla ümumi sərhədinin mövcudluğu alış-veriş predmeti ola bilməz. Bununla birlikdə, aprel müharibəsi bizim tənzimlənməyə yanaşmamızı sərtləşdirməlidir və zəiflətməməlidir, çünki hər hansı gələcək güzəştlərin riskləri artır. İlk növbədə, təhlükəsizliyə təminat verilməli və nəzarətdə olan bəz ərazilər referendumun keçirilməsi şərti ilə qaytarılmalıdır. Qarşılıqlı etimadın sıfır səviyyəsində olduğunu nəzərə alsaq, qeyri-müəyyənliyi və tərəflərin gələcək sazişin müddəalarını sərbəst şərh etmək imkanlarını istisna etmək lazımdır", - sabiq prezident deyib.