Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin həcmi 2,8 dəfə azalma müşahidə olunub.
Arannews- Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin həcmi 312,265 mln. dollar təşkil edib. Azərbaycan Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, ticarət dövriyyəsinin həcmində illik müqayisədə 2,8 dəfə azalma müşahidə olunub.
Hesabat dövründə ixrac əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 dəfə azalaraq 31,673 mln. dollara, idxal isə 54,4% azalaraq 280,592 mln. dollara enib. Ticarət dövriyyəsinin mənfi saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 30% azalaraq cari ilin yanvar-iyul ayları ərzində 248,919 mln. dollara enib.