Tarix : 2016 Sep 05
Kod 50182

AİP lideri karserə salınıb

Hazırda AİP liderinin səhhətinin pis olduğu bildirilir.
Arannews- Xəbər verdiyimiz kimi AİP lideri Mövsüm Səmədov avqustun 30 ölkədə sentyabrın 26 -da keçirilməsi planlaşdırılan Konstitusiyaya dəyişiklər aktına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlamışdı. 
AİP lideri Mövsüm Səmədovun saxlanıldığı Qobustan Qapalı Tipli Cəzaçəkmə həbsxanadakı aclıq aksiyasının üzərindən 4 gün keçməsinə baxmayaraq həbsxananın rəhbərliyi onun vəkili Yalçın İmanovla görüşə icazə verməyiblər. Bu gün Mövsüm Səmədovla görüşməyə cəhd edən vəkilinə icazə verməyən təcridxana işçiləri bildiriblər ki, bu məsələ barədə həbsxana rəisinin göstərişi var. Hazırda AİP liderinin səhhətinin pis olduğu bildirilir.
Qeyd edək ki, avqustun 19-da ölkədə sentyabrın 26-da keçiriləcək referendumla əlaqədər bəyənat verən AİP lideri Mövsüm Səmədov, avqustun 30- da aclıq aksiyasına başlayıb.


  • Yazılıb
  • da (də) 2016 Sep 05
  • Göndərən مدير سايت Aran News