Tarix : 2016 Sep 05
Kod 50183

AİP liderinin qızı atasına məktub yazıb

Zəhra Səmədova: "Salam Atacan. Ümüd edirəm ki, aclıq keçirdiyin bu günlərdə halınız yaxşı olsun və başlatdığınız mübarizə Allahın köməyi ilə təsirli olsun, millətimiz və xalqımızı düşündürsün".
Arannews- Bu gün Mövsüm Səmədovun ad günüdür
Bu münasibətlə AİP liderinin qızı Zəhra Səmədova atasına məktub yazıb.
Zəhra Səmədova tərəfindən İslamazeri.az-a təqdim edilən məktubu olduğu kimi yayımlayırıq:
"Bağışlayan və Mehriban Allahın adıyla
Salam Atacan. Ümüd edirəm ki, aclıq keçirdiyin bu günlərdə halınız yaxşı olsun və başlatdığınız mübarizə Allahın köməyi ilə təsirli olsun, millətimiz və xalqımızı düşündürsün. Sizin işləriniz bizə ümüd bəxş edərək, məqsədimizi xatırladır. Puç və zillətli bir həyatdan uzaqlaşdıran məqsədləri. Həzrət İmam Hüseynin (ə) (canımız ona fəda olsun) hədəflərini. İnsanı boğan və insaniyyəti məhv edən sükütu qırıb, bu yorucu həyatı kənara ataraq insaniyyət, şərəf və ədalət uğrunda söz açıb danışmaq, düşünmək və ona əməl etmək bəzən çətin olsa da, lakin insaniyyətə xas və yaraşandır.
İmamlarımız (ə) necə əməl etdilərsə, əgər müsəlman və şiəyiksə (Əhlibeyt tərəfdarıyıqsa) , biz də elə əməl etməliyik, kafirləri narahat etsə belə. Bunları əməldə sizdən öyrəndim və öyrənirəm.
Atacan, sizə təşəkkür edirəm və sizinlə fəxr edirəm. Allahdan Sizə ömrünüzün yeni ilində zəfər, dünya və axirət səadəti, hədəflərinizdə müvəffəqiyyət və can sağlığı diləyirəm. Həmişə, sonacan sizinləyik, İnşa-Allah.
Dualarınızda bizi də yad edin. Bütün vücüdumla sizi sevirəm və sizin kimi Ata bəxş etdiyinə görə Allaha bilmirəm necə şükr edim?
Əziz atam, ad gününüz mübarək və bərəkətli olsun! İnşa-Allah.


  • Yazılıb
  • da (də) 2016 Sep 05
  • Göndərən مدير سايت Aran News