AranNews - Azər-Aran Mədəniyyət və Araşdırmlar Mərkəzinin təşəbbüsü ilə “15 iyul çevrilişindən sonra Türkiyə hadisələrinin təhlili” mövzusunda elmi konfransı keçirildi.
Universitet müəllimləri, ekspertlər və media əməkdaşlarının iştirakı ilə keçirilən elmi konfransda Türkiyə məsələləri üzrə ekspertlər Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş və bu hadisədən sonra baş verən dəyişikliklər barədə çıxış etmiş, onun səbəb və aspektlərini araşdırmışlar.
Region ölkləri üzrə ekspert və Təbriz Universitetinin politologiya kafedrasının müdiri doktor Rəcəb İzədi 15 iyul uğursuz çevrilişinin İran İslam Respublikasının milli maraqlarına mesajları barədə deyib: “1960-cı ildə general Gürsəl və 1980-cı ildə general Kənan Evrənin başçılığı ilə baş tutmuş çevrilişlər Türkiyə tarixinin iki mühüm hərbi çevrilişlərindən hesab olunur. Əgər ordu həqiqi mənada çevriliş edərsə, demək olar ki, heç bir kəsin onunla qarşılaşmaq gücü yoxdur. Ona görə də hərbi çevriliş adı ilə baş vermiş digər hadisələrə hərbi çevriliş adı verilməsini qəbul etmirəm”.
Çevrilişə cəhd edənlər azlıqda olmalarını bilirdilər
Politoloq çıxışının davamında deyib: “Digər hərbi çevrilişlərdə bombalamaq kateqoriyası olmamışdır. Amma son çevrilişdə qırıcı təyyarələr havaya qalxdı. Bu çevrilişin fərqi onda idi ki, ordunun bəzi bölmələri çevriliş hərəkətinə başladı və çevrilişə cəhd edənlər özlrinin azlıqda olmalarını, bütün ordunun onlarla lazımı əməkdaşlıq etməyəcəyini bilirdilər”.
İzədi bunu da qeyd etdi ki, İrandan fərqli olaraq Türkiyə hərbi bir imperatorluq olmuşdur. Türkiyə ordusu xilafət və imperatorluq dövründən ölkədə əsas rol ifa etmişdir və bu, respublika dövründə də medianın daxil olması, ziyalıların qoşulması kimi fərqli tərzlərlə davam etmişdir.
Politoloq həmçinin deyib: “Bu çevrilişdə ordu arasında əməkdaşlıq ordu arasında koordinasiya olmadığı üçün məğlubiyyətə uğradı”.
Türkiyənin siyasi gücü zəifləmişdir-Türkiyə, Suriya məsələsində geri çəkilmişdir, amma siyasətində dəyişiklik etməmişdir
Çevrilişə cəhd hadisəsindən sonra Türkiyə ordusunun gücünün zəifləməsi və Ərdoğanın gücünün artmasına toxunan doktor İzədi deyib: “Ümumi olaraq demək olar ki, Türkiyənin gücü zəifləmişdir. Beynəlxalq güc rəhbərləri Türkiyənin Suriya və ərəb dünyası məsələlərinə daxil olmasını istəmirdilər. Ona görə də son zamanlar baş vermiş hadisələrə, o cümlədən cənub-şərq toqquşmaları, Taksim Gəzi Parkı etirazları, maliyyə məsələləri və ölkədə yaranmış qarışıqlıqlara görə hakim partiyanın seçkilərdə məğlubiyyəti kimi hadisələrə diqqət etməklə çevriliş gözlənilən idi”.
Türkiyə çevriliş hadisəsindən sonra zəiflədiyi üçün Suriya məsələsində geri çəkildi, lakin siyasətini dəyişmədi. Ona görə də gələcəkdə İranla daha çox əməkdaşlıq edəcək. Biz də qonşuluq xatirinə əməkdaşlığa və münasibətlərdə konformist yanaşmaya məcburuq.
Gülənçilər anti-İrançıdırlar və çevrilişin qalib gəlməsi bizim xeyrimizə deyildi-Çevrilişdən sonra İranın sevimliliyi artmışdır
Azad İslam Universitetinin Təbriz bölməsinin müəllimi doktor Cəmşidi Rad Türkiyədə çevrilişin nəticələrinə toxunaraq deyib: “Çevriliş Türkiyəni zəiflətmiş və bu ölkədə demokratiyanı geri atmışdır”.
O, çıxışının davamında bunu da vurğulayıb ki, xalqın dəstəyi olmasaydı, Ərdoğan məğlub olacaqdı.
Doktor Cəmşidi daha sonra deyib: “Qısa bir müddətdə çevriliş Ərdoğanın gücünün artmasına səbəb oldu. Amma Türkiydə vətəndaş cəmiyyətinin uzun müddət zəifləməsinə səbəb olacaq”.
Doktor Cəmşidi Türkiyədə yenidən çevriliş ola biləcəyi proqnuzunu da verib.
İranın Türkiyədəki sabiq mədəniyyət attaşesi höccətül-islam Hüseyn Şəbani uğursuz çevrilişdə xalqın roluna toxunaraq vurğulayıb: “Türkiyədə çevriliş qələbə çalsaydı İrana qarşı olan bir ideya hakimiyətə gələcəkdi. Gülən camaatı əsasən, İrana qarşı çox kinlidir və sözsüz ki, çevrilişdə onların qələbə çalması bizim xeyrimizə deyildi”.
O xatırladıb: “Əgər Gülənin qara siyahısını görsəydiniz, başa düşərdiniz ki, bu siyahı əsasən şiələrdən təşkil olunurdu. İranın ötən illərdəki müdrik xarici siyasəti Türkiyə qarşısında seçdiyi qəti bir siyasət idi və bu da Türkiyə xalqının İrana qarşı qədim kininə baxmayaraq, onların arasında ölkəmizin sevimliliyini artırdı”.
Türkiyədə partiyalar arasında xalq Ərdoğanın partiyasını sevir-Çevrilişə cəhd edən hərbçilər Amerikada təlim görmüşdülər
Şəbani Türkiyədə baş verən uğursuz çevrilişi diktatorluğun üzünə vurulan qeyri-ilahi sillə adlandıraraq deyib: “Türkiyə xalq yaxın keçmişdəki maddi və dini məhdudiyyətləri və imkanları xatırlayırlar və vəziyyətin yaxşılaşdığını inkar edə bilmirlər. Ona görə də Cümhuriyyət Xalq Partiyasının yaratdığı qalmaqal, Milliyətçi Hərəkat Partiyasının daxili zəifliyinə diqqət etməklə onlarla müqayisədə AKP-ni seçirlər”.
Çevriliş hadisəsində məscidlər mühüm rol ifa etdi
Höccətül-islam Şəbani qeyd edib ki, biz Türkiyədə baş verən çevrilişi düzgün təhlil etmək istəyiriksə, bu mövzuya Türkiyə xalqının baxışı ilə yanaşmalıyıq. Xalqın Ərdoğanın oğlunun hərəkətlərindən və dövlətin Suriyadakı yaratdığı rüsvayçılığından xəbəri vardır. Amma bütün bu daxili və iqtisadi problemlərlə çevrilişə cəhd edənlərin qarşısında dayandılar. Bu, onların indiyə kimi etmədiyi bir hərəkət idi. Çevrilişə cəhd edənlər bunu gözləmirdi”.
Şəbani vurğulayıb: “Çevriliş hadisəsində məscidlər çox mühüm rol oynadı və sekülar bir ölkədə səhərə kimi məscidlərdən minacatlar oxundu və yayımlandı. Mən İransevər yazıçı Əli Bulaşla söhbət edirdim. O, mənə dedi ki, elə bilməyin Türkiyədə inqilab olub. Yalnız bu dəfə namazqılanlar səs qazandılar və hakimiyyətə gəldilər”.
Türkiyə məsələləri üzrə ekspert çevrilişi planlaşdıranların onun uğursuzluqla sonlanacağından xəbərləri olmasını da qeyd edərək deyib: “Hətta Ərdoğanın hakimiyyətə gəlməsi xalqın islami hisslərinin tormuzunun çəkildiyi üzündən oldu. Üstəlik, məişət imkanları, verdiyi səsi və seçimini qorumaq xalqın Ərdoğanı dəstəkləməsində və çevrilişin uğursuzluqla nəticələnməsində təsirli olmuşdur”.
Gülən dəfələrlə demişdir: “Cənnətə gedən yol İrandan keçsə, mən Allahdan soruşaram, başqa yol varmı?!”
Həmid Əhmədi Türkiyədə baş vermiş uğursuz çevrilişin əhəmiyyət, məqsəd və səbəblərini izah edərək deyib: “Türkiyədə dövlət sekülar quruluş üzərindədir və bu ölkənin ordusu həmişə siyasətə müdaxilə yanaşması seçmişdir. Son uğurlu çevriliş 1997-ci ildə Ərbəkan dövlətinin devrilməsinə səbəb olmuş postmodern çevriliş olmuşdur”.
O, əlavə edib: “Amerika 1960-cı ildən bəri məsuliyyəti Fətullah Gülənə tapşırmaqla Türkiyəni nəzarətdə saxlaya bildi. Gülən, Türkiyənin mənəvi atası kimi tanınırdı və xalq arasında güclü nüfuzu var idi. Həmçinin Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (SİA) ilə yaxın əlaqəsi var idi. Gülənin İran və şiələrlə düşmənçiliyi inkaredilməz bir məsələdir. Hətta, Gülən bir neçə yerdə demişdir ki, “cənnətə gedən yol İrandan keçsə, mən Allahdan soruşaram, başqa yol varmı?!”
Çevriliş Gülən camaatının daxili rəhbərliyi və Amerikanın idarəçiliyi ilə baş verdi
Ekspert Ərdoğanın övladlarının və onun dörd nazirinin korrupsiya məsələlərinin, həmçinin kürdlər, Gəzi Parkı və Suriya böhranı kimi bir sıra məsələlərin ölkədə gərginliyə səbəb olmasını xatırladaraq deyib: “Bu çevriliş Gülən camaatının daxildən rəhbərliyi və Amerikanın idarəçiliyi nəticəsində ölkənin xarici siyasətinin dəyişməsi ilə baş verdi. Türkiyənin daxili və xarici siyasətləri Amerikanın bu ölkəyə zərbə vurması fikrinə düşməsinə səbəb oldu”.
Əhmədi artırıb: “Biz elə bir vəziyyətdə çevrilişi məhkum edirik ki, bu çevriliş uğursuz olmuşdur. Çevriliş qələbə çalsaydı konfransımızın mövzusu başqa ola bilərdi. Biz bu çevrilişi kiçik saymamalıyıq. Çünki çevriliş Amerika tərəfindən yaxşı idarə olunmuş bir hərəkət olmuşdur”.
Ordunun səhvi nədə idi?
Türkiyə məsələləri üzrə analtik çıxışının sonunda deyib: “Ərdoğan məcazi aləmdən çox yaxşı istifadə etdi. Ordunun səhvi məcazi aləmi xalqın dəstək və qarşılama təfəkkürü ilə bağlaya bilməməsində oldu”.