Bayram Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı...
Arannews- Xətai Rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin verdiyi vəsatətə və prokurorun təqdimatına baxılıb.
hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, B.Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.